Türkiyədə ağır intihar hadisəsi qeydə alınıb.
Newsport.az saytının Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə hadisə Amasya bölgəsində qeydə alınıb. 42 yaşlı Uğur Dağdelən adlı şəxs yaşadığı evdə özünü başından güllələyərək intihar edib.
Qeyd edək ki, Uğur Dağdelən futbol üzrə Türkiyə milli komandasının heyətində oynayıb. 1998-ci ildən türkiyə milli komandasının heyətinə cəlb olunan futbolçu "ay ulduzlu” forma ilə bir matçda iştirak edib.
Peşəkar futbolçu karyerasına "Merzinforspor”da başlayan Dağdelən daha sonra, "Karabükspor” (1993-95), "Bursaspor” (1994-95, icarə), "Samsunspor” (1995-2001), "Kayserispor” (1997-98, icarə) klublarında oynayıb.