"Qalatasaray" legionerini cəzalandırdı

"Qalatasaray"ın futbolçusu Tanquy Ndombele cəzalandırılıb.

Newsport.az "Fotomaç"a istinadən xəbər verir ki, yarımmüdafiəçi əsas komandadan uzaqlaşdırılıb.

Buna səbəb isə onun çəkisinin artmasıdır. Digər tərəfdən isə Ndombele Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Qalatasaray” - "Bavariya" görüşündən sonra oteldəki nömrəsinə hamburger sifariş verib.

"Qalatasaray"ın məşqçilər korpusu Ndombeleyə çəkisinin 75 kq-a enməyənə qədər meydana buraxmayacaqlarını söyləyiblər. İstanbul klubu "Tottenhem"dən fransalını bir illik icarəyə götürüb. Böyük ümidlərlə komandaya cəlb edilsə də, hazırda Türkiyə nəhəngi onunla yollarını ayırmağı da götür-qoy edir. Ndombele 2023/2024 mövsümündə 7 görüşdə meydana çıxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right