“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın və Portuqaliya millisinin futbolçusu Joao Kanselo, Kriştiano Ronaldonun yığma komandadakı gələcəyi barədə danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 41 yaşlı hücumçunun millidə çıxışını davam etdirib-etdirməyəcəyi ilə bağlı suala qısa cavab verib:
“Görəcəyik, amma buna ümid edirik”.
Ronaldo 2003-cü ildən Portuqaliya millisinin formasını geyinir. O, yığmanın heyətində keçirdiyi 233 oyunda 146 qol vurub. Forvardın “Əl-Nəsr”lə müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədər qüvvədədir.
”Barselona”nın UEFA Çempionlar Liqasında rəqiblərindən biri də “Sabah”dır”. Komandalar 25 noyabrda, Bakıdakı Olimpiya stadionunda qarşılaşacaqlar.