"Qalatasaray" onlarla yollarını ayıracaq

"Qalatasaray" qışda üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçilər Vilfrid Sinqo, Kaan Ayhan və yarımmmüdafiəçi İlkay Gündoğanla vidalaşacaq. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Adıçəkilən oyunçular baş məşqçi Okan Burukun gələcək planlarında yer almır.

Kaan Ayhan cari mövsümdə "Qalatasaray"ın heyətində cəmi 1 dəqiqə şans qazanıb. Sinqo 2 matçda 41 dəqiqə meydanda olub. Gündoğan isə 2 görüşdə 11 dəqiqə oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right