PSJ-nin müdafiəçisi Premyer Liqa nəhənglərinin hədəfində

PSJ-nin müdafiəçisi Villian Paço karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Mançester Siti" və "Arsenal" ekvadorlu futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Hər iki klub qarşıdakı transfer pəncərəsində 24 yaşlı mərkəz müdafiəçisi üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, PSJ Villian Paçonu 2024-cü ilin yayında "Ayntraxt"dan 40 milyon avroya transfer edib. Ekvador millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right