İtaliya millisinin baş məşqçisindən xüsusi səfər

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Parisə xüsusi missiya ilə yollanacaq.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Fransa çempionatının 4-cü turunda “Paris” və “Lion” arasında keçiriləcək oyunu tribunadan izləyəcək.

Mançininin məqsədi “Paris”in vingeri Luka Koleoşo və müdafiəçisi Dieqo Koppolanın çıxışını canlı izləməkdir. Hər iki futbolçunun Millətlər Liqasının qarşıdakı oyunları üçün İtaliya millisinin heyətinə çağırılması nəzərdən keçirilir.

İtaliya millisi turnirin qrup mərhələsinin ilk turunda Belçika yığması ilə qarşılaşacaq. Oyun sentyabrın 25-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right