"Liverpul"dan Alisson qərarı

"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatan Alisson Bekerlə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi braziliyalı qapıçıya yeni sözləşmə təklif etməyi planlaşdırmır. Bu barədə "Football Insider" məlumat yayıb.

Braziliya milli komandası mövsüm başa çatdıqdan sonra azad agent statusu ilə Mersisayd təmsilçisini tərk edəcək.

Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 72,5 milyon avroya transfer edib. 33 yaşlı qolkiper cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda qapısında 5 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right