Braziliyada kütləvi həbs reallaşıb. Belə ki, Braziliya polisinin 6 bölgədə, 68 məntəqədə apardığı əməliyyat axtarış tədbirləri nəticəsində, 2.4 milyonluq malın qaçaqmalçılığında təqsirli bilinən bir neçə nəfər saxlanılıb.
Newsport.az-ın məlumatına görə,polisdən verilən açıqlamada saxlanılan şəxslər arasında, adi vətəndaşlarla yanaşı bir neçə məşhur simalar da var. Həmin şəxslərdən biri də, bir vaxtlar oynadığı futbolla adından soz etdirən Fabio Pinto da var.
Qeyd edək ki, Fabio Pinto 2002/03 mövsümündə "Qalatasaray”ın formasını geyinib. O, "Qalatasaray”ın o vaxtkı baş məşqçisi Fatih Terimin təkidi ilə "Qalatasaray”a gətirilib.