Türkiyə Kubokunda 2-ci mərhələnin oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın şərəfini qoruduğu "Qaziantep BB" də kubok matçına çıxıb.
Doğma meydanda aşağı liqa təmsilçisi "Tuzlaspor"la qarşılaşan qazianteplilər şok yenilgiyə üzülüb. Belə ki, qonaqlar əsas vaxtı 1:1 hesabı ilə başa çatan, əlavə vaxtında qol vurulmayan görüşü penaltilər seriyasında qazanıb - 4:3. Bununla da futbolçumuzun komandasını kubokda mübarizəni dayandırıb.
Qeyd edək ki, baş məşqçi Hakan Kutlu əsas heyət üzvlərindən olan Ufuk Budağa istirahət verərək, onun adını matçın iştirak ərizəsinə daxil etməyib.