SOCAR-dan "Qalatasaray" məsələsinə rəsmi münasibət

Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" klubuna forma sponsorluğuna dair razılığı gəldiklərinə dair xəbərlərə münasibət bildirib. "newsport.az"ın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Sportnet.az-a açıqlama verib.

Quliyev Türkiyə mətbuatının yazdıqlarını təkzib edib: "Mən bilmirəm bu cür xəbərlər haradan qaynaqlanır. Bizim gündəmimizdə belə bir məsələ yoxdur".  Qeyd edək ki, qardaş ölkə KİV-i "Qalatasaray"ın yeni mövsümdən formasında SOCAR-ın reklam edəcəyinə dair xəbər yayıb. Hətta Azərbaycan şirkətinin bir illik reklam üçün "sarı-qırmızılar"a 20 milyon avro ödəniləcəyi vurğulanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right