Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal

Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan turnirdə gənc qız və oğlanlardan ibarət 7 idmançı ilə təmsil olunub.

48 kq çəki dərəcəsindəsində yarışan idmançımız Könül Əliyeva turniri gümüş medalla başa vurub. 63 kq-da yarışan Aytac Qardaşxanlı isə Avropa kubokunun bürünc medalını qazanıb.

Beləliklə, Azərbaycan yığması Banya Lukada ümumilikdə 2 medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right