5 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

Newsport.az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Elvin İbadov (48 kq) təsnifat mərhələsində Alberto Marian Enaçesku (Rumıniya) ilə qarşılaşacaq.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariutla (Norveç) qarşılaşacaq.

Seymur Qasımov (65 kq) debütdə Xristiyan Borislavov İvanovla (Bolqarıstan) qüvvəsini sınayacaq.

İsmayıl Rzayev (80 kq) ilk görüşdə Dominik Qrqiklə (Xorvatiya) üz-üzə gələcək.

Məzahim Mərdanov (110 kq) isə startda Maksim Milçev Petrovu (Bolqarıstan) məğlub etməyə çalışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right