Yığmalarımız Bakıda, Ankarada və Almatıda hazırlıq keçir

Güləş üzrə böyüklərdən ibarət yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, sərbəst güləş üzrə yığmamız mayın 8-dən baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında xüsusi fiziki hazırlığı əhatə edən toplanış keçir. Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesində İsveçrə, Estoniya və Latviya milliləri də iştirak edir. Toplanış mayın 25-dək davam edəcək. Komandamız bir neçə gün fasilə verdikdən sonra həmin məkanda növbəti toplanışa başlayacaq. Bu dəfə isə taktiki-texniki çalışmalara üstünlük veriləcək.

Yunan-Roma güləşi üzrə millimiz isə mayın 8-dən Türkiyə və Qazaxıstan yığmalarıyla birgə həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edən təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 13 güləşçi hazırlıq prosesində iştirak edir. Ankaranın Elmadağ qəsəbəsində keçirilən təlim-məşq toplanışı mayın 27-dək davam edəcək.

Qadınlardan ibarət yığmamız Qazaxıstanda məşqləri davam etdirir. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında yerli komandanın üzvləriylə birgə hazırlıq keçən xanım idmançılarımız toplanış başa çatdıqdan sonra Almatıda təşkil olunacaq Bolat Turlıxanov Kubokunda iştirak edəcək. İyunun 2-dən 5-dək baş tutacaq bu yarış ilin 2-ci reytinq turniri sayılır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right