Azərbaycan çempionatı: İkinci yarış gününün bütün qalibləri bəlli oldu

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

Newsport.az-ın məlumatına görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

İkinci yarış günündə yaşı 15-ə qədər olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55, 61 və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəlib.

Yaşı 17-yə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Toplam 178 kq (78+100) nəticə ilə Qazax idmançısı Amin osmanov bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82+92) gümüş, Dəniz Cabbarlı (78+96) isə bürün medalçı adına layiq görülüb.

Yaşı 15-ə qədər olan oğlanlarda 61 kq çəki dərəcəsində toplam 192 kq (88+104) nəticə ilə Sumqayıt idmançısı Turan Əliyev qalib adına layiq görülüb. Toplam 188 kq (85+103) nəticə ilə Əli Məhərrəmzadə gümüş, toplam 173 kq (80+93) nəticə ilə Akif Abdullayev bürünc medal qazanıb.

Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində toplam 218 kq (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kq (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kq (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.

Günə yaşı 15 və 17-yə qədər olan atletlərin 67 kq çəki dərəcəsində mübarizəsi ilə yekun vurulub. Toplam 164 kq (74+90) nəticə ilə Abşeron təmsilçisi Məmməd Əhmədzadə 15 yaşlılarda, toplam 267 kq (117+150) nəticə ilə Qazax təmsilçisi Ravin Alməmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right