FIBA Rusiya yığmalarını və klublarını yarışlardan kənarlaşdırdı

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb.

Newsport.az saytının məlumatına görə, bu barədə FIBA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar verilib. Rusiya komandaları növbəti xəbərdarlığadək turnirlərdə iştirak edə bilməyəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right