Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov final görüşünə çıxıb.

92 kq çəki mübarizə aparan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gəlib. Bununla da o, mundialda Azərbaycana 3-cü qızıl medalı qazandırıb. Buna qədər Həsrət Cəfərov və Əliabbas Rzazadə də ilk pillənin sahibi olmuşdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah