“Alonsonun gördüyü bütün işlər xoşuma gəlir” Sabiq futbolçu

İspaniya millisinin və “Real”ın sabiq hücumçusu Fernando Moryentes klubun yeni baş məşqçisi Xabi Alonsonun fəaliyyətini dəyərləndirib.

Newsport.az COPE-yə istinadən xəbər verir ki, o, Alonsonun getdikcə daha da gücləndiyini bildirib:

“Alonso getdikcə daha da güclənir. Onun inkişaf üçün çox potensialı var. Gördüyü bütün işlər xoşuma gəlir”.

43 yaşlı mütəxəssis bu ilin yayında “kral klubu”nun “sükanı arxası”na keçib. Onun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right