"Qalatasaray"ın futbolçusu İspaniya klubuna keçə bilər

"Qalatasaray"ın futbolçusu Yusuf Demir İspaniyaya qayıda bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Ovyedo”nun transfer siyahısında yer alıb. İspaniya La Liqasına geri dönən klub Yusufu bir illik icarəyə götürmək niyyətindədir.

Onun “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Avstriya millisinin üzvü 2022-ci ildən bu komandada çıxış edir. Yarımmüdafiəçi “Rapid”, “Barselona”, “Qalatasaray”, “Bazel” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right