"Qarabağ"lının tanıdığı, "Neftçi"nin sabiq futbolçusunun komanda yoldaşı "Turan Tovuz"un yeni transferi

Yeni mövsüm daha iddialı olacağı ehtimal edilən “Turan Tovuz”u hələ ki cəmi 1 transfer reallaşdırıb. “Benfika”nın sabiq futbolçusu artıq komandanın məşqlərinə qoşulub. Portuqaliya nəhənginin heyətində həm ölkə kuboku, həm də Çempionlar Liqasının qrup oyununa meydana çıxmış 26 yaşlı futbolçu Aleks Grimaldo, Adel Taarabat, Haris Seferoviç , Rafa Silva kimi futbolçularla komanda yoldaşı olub. Tavareş daha çox Portuqaliyanın fərqli klublarında çıxış etməklə diqqətləri üzərinə çəkə bilib. Maraqlıdır ki, “Turan Tovuz”un yeni transferinin əvvəlki komanda yoldaşları arasında Azərbaycan Premyer Liqasında oynamış və hazırda da forma geyinən legionerlər var.

Mateus Silva – Pedro Nuno

“Benfika”da oynadığı vaxtda daha çox forma şansı qazanmaq üçün Tavareş 2020/2021 mövsümünün ikinci yarısında “Moreyrense”yə icarəyə verilib. O, burada “Səbail”in sabiq üzvü Pedro Nuno və “Qarabağ”ın müdafiəçisi Mateus Silva ilə eyni formanı geyinib.


Lukoviç - Denilson 

Ötən həftə Çinin “Şanxay” klubuna keçmiş sabiq “Zirə”li Tavareşlə “Famalikao”da komanda yoldaşı olub. “Turan Tovuz”un yeni transferinin nəyə qadir olduğunu bilənlərdən biri də hazırda  “Quarani”də oynayan, keçmiş “Neftçi”li Denilsondur.


Vaqner Silva - Rikardo Fernandeş

"Turan Tovuz"a böyük ümidlərlə transfer edilmiş Tavareşin Azərbaycandan daha çox tanıdığı oyunçular “Torrense”də oynayanlardır. Belə ki, Rikardo Fernandeş(“Şamaxı”), Benni Karodoz(“Araz-Naxçıvan”), Xorxe Korrea(“Neftçi”), Vaqner da Silva(“Qarabağ”) Portuqaliya aşağı liqa klubunda birlikdə oynayıb.

Patrik Andrade – Leandro Andrade

Tavareş bu mövsüm Kabo-Verde millisindən Azərbaycanda oynayacaq tək futbolçu olmayacaq. Belə ki, “Araz-Naxçıvan”ın yeni transferi Patrik Andrade, “Qarabağ”ın isə üzvü Leandro Andrade ilə uzun müddətdir ki, tanışdır. Tavareş Patrik və Leandro ilə Kabo-Verde millisində oynayıb.

Mirbağırağa





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right