“Barselona”nın müdafiəçisi Jül Kunde hazırda istirahətdə olduğu üçün məmnunluğunu bildirib.
Newsport.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək, bəzi komandaların 2024-cü ilin iyulun ortasında başlayan mövsümü hələ də davam etdirməsinə (ABŞ-da keçirilən Klublararası dünya çempionatı) təəccübünü ifadə edib:
“Bəzi komandalar üçün mövsüm 2024-cü ilin iyulun ortasında başladı… Bu gün 2025-ci il iyulun əvvəlidir və onlar hələ də oynayırlar. Belə vaxtda məzuniyyətdə olmaq çox xoşdur”.