Tokio-2020: Cüdoçularımız Yaponiyada məşqə çıxdı

İyulun 24-də Tokio Olimpiadasında cüdo yarışlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz olimpiya oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.

Artıq Yaponiya paytaxtında olan milli komandamızın üzvləri cüdonun mənbəyi Kodakanda məşq ediblər. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da milli komandamızın məşqini izləyib.

Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Cüdoçularımızdan tatamiyə ilk olaraq Kəramət Hüseynov (-60 kq) və Aişə Qurbanlı (-48 kq) çıxacaq.

Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah