Cüdoçumuz bürünc medal və olimpiadaya lisenziya qazandı

Rusiyanın Kazan şəhərində təşkil olunan “Böyük dəbilqə” turniri davam edir. Newsport.az xəbər verir ki, yarışların ikinci günü Azərbaycanın daha 4 cüdoçusu  - Rəşad Məmmədəliyev, Nurlan Osmanov, Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayıb. Onlardan yalnız biri podiuma qalxmağı bacarıb. Murad Fətiyev üçüncü yeri tutmaqla yanaşıaktivinə daha 500 xal yazdırmaqla Tokio Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
 
Böyük Dəbilqə
6 may
Kişilər
 
73 kq
1/16 final. Rəşad Məmmədəliyevin Kazanda ilk sınağı uğursuz alınıb. Belə ki, Rusiya idmançısı Maxmadbek Maxmadbekov cüdoçumuz üzərində ippon fəndiylə qələbə qazanıb. 
 
1/32 final. Nurlan Osmanov isə turnirə uğurla başlayıb. İdmançımız yunanıstanlı Georgios Azoidis üzərində təmiz qələbəyə sevinib. Ardınca italiyalı Fabio Bazileni də ippona salan cüdoçumuz 1/8 finala vəsiqə qazanıb. Amma təəssüf ki, idmançımız bu mərhələdə gürcü idmançıya uduzub.
 
81 kq
1/16 final. Murad Fətiyev ilk cəhdində Terens Kuamba (Qabon) ilə üz-üzə gəlib və təmiz qələbə sayəsində növbəti mərhələyə yüksəlib. Fətiyev 1/4 finala gedən yolda rusiyalı Xasan Xalmurzaevi ippona salıb. Onun növbəti rəqibi də yerli idmançı olub. Aslan Lappinaqovla duel gərgin mübarizə şəraitində keçib və həmyerlimiz yalnız "qızıl xal"la yarımfinala çıxıb. Onun bu mərhələdə rəqibi macarıstanlı Atilla Ungvari olub. Amma idmançımız uğurun davamını gətirə bilməyib və rəqibinə uduzaraq, qızıl medal şansını itirib. Bununla belə, Murad bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb və belaruslu Yunus Bekmurzaevi məğlub edib. Bu, Azərbaycan yığmasının yarışda qazandığı ilk medaldı.  
 
Yarışa 1/32 finaldan başlayan Hidayət Heydərov stardaca büdrəyib. O, Asad Masabirova (Qırğızıstan) ippon fəndiylə uduzub.
 
Qeyd edək ki, dünən mübarizəyə qoşulan 5 idmançınızdan heç biri medal qazana bilməyib. 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah