Tokio-2020: Olimpiada üçün gerisayım başladı

Tokio Yay Olimpiya Oyunlarının startına 100 günün qaldığını bildirən gerisayım başlayıb.
 
Newsport.az xəbər verir ki, bununla əlaqədar Yaponiya paytaxtının meriyasında mərasim təşkil olunub.
 
Tədbirdə Tokio qubernatoru Yuriko Koike gözəl olimpiada keçirmək üçün bütün səylərini ortaya qoymaq istədiklərini bildirib.
 
Meriya binasında Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanı olan 2,6 metr hündürlüyündə fiqurlar quraşdırılıb. Tədbirlə eyni vaxtda, olimpiadaların simvolu olan 5 halqa Tokio ətrafındakı Takao dağının zirvəsində quraşdırılıb.
 
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah