Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutdular

Azərbaycan cüdoçuları 21-22 oktyabrda Latviyanın paytaxtı Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 4 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər. 

Newsport.az xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.

İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. 

Bahadır Feyzullayev (50 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov (66 kq), Sübhan Axundov (+90 kq) qızıl, Rüstəm Qasımzadə (50 kq), Əli Qazıməmmədov (81 kq), Rəsul Səmədli (+90 kq) gümüş, Nihad Məmişov (55 kq), Səlim Sultanov, Səid Şərifov (hər ikisi 66 kq), Cəsur İbadlı (73 kq) və Mehdi Abbasov bürünc medal əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right