"Sabah"ın baş məşqçisi: "Hücumlarımızda bəzi çatışmazlıqlar oldu"

"Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev "Mornar"la oyundan sonra görüşlə bağlı fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən şimali makedoniyalı mütəxəssis səfərdəki məğlubiyyəti bu cür şərh edib:

"İlk olaraq rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynadılar, çətin vəziyyətlərdə uğurlu atışlar etdilər. Müdafiə xəttimizi rəqibin hücumları qarşısında yaxşı hazırlamağa çalışdıq. Amma hücumlarımızda bəzi çatışmazlıqlar oldu. Məğlubiyyətimizin əsas səbəbi məhz nəzarət edə bilmədiyimiz hücumlar oldu. Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right