Nazir idmançılar və onların məşqçiləri ilə görüşdü

Sentyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Newsport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ardınca Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Sonra Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra nazir “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Cüdo, savat, atçılıq (polo), kikboksinq, kəmər güləşi, mas-reslinq, qazax güləşi, kişi idman gimnastikası, akrobatika gimnastikası, para-pauerliftinq, para-taekvondo, basketbol, karate, yunan-Roma güləşi, ağır atletika, üzgüçülük, atletika, şahmat, sambo, stolüstü tennis idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right