Azərbaycanın daha üç güləşçisi mübarizəyə qoşulur

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

60 kq

1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)

72 kq

1/8 final
Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)

97 kq

1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)

Qeyd edək ki, bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi isə qızıl medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq. Rafiq Hüseynov (77) həlledici görüşdə İran idmançısı Əlirza Mohmadipiani ilə üz-üzə gələcək. Ötən gün yarımfinalda ermənistanlı güləşçi üzərində inaml qələbə qazanan (5:0) Sənan Süleymanov (77) isə finalda qırğısıztanlı  Akjol Mahmudovla güləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right