Azərbaycan gimnastları finalda

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın Valensiya şəhərində keçirilən 40-cı dünya çempionatında finala vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, bu uğura Avropa çempionları, dünya çempionatının bürünc mükafatçıları Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzandan ibarət kollektiv imza atıb.

Onlar qrup hərəkətləri proqramının çoxnövçülük üzrə təsnifat yarışlarında 3 lent və 2 topla hərəkətlərin icrasında finala yüksəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right