“Neftçi” də Dünya Qadın Seriyası ilə erkən vidalaşdı

“Neftçi” Polşada təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, B qrupundakı sonuncu matçında Litva millisinə 20:22 hesabı ilə məğlub olan Bakı klubu turnirlə vidalaşıb.

Xatırladaq ki, “Neftçi” qrupdakı ilk görüşündə İtaliya millisi ilə bacarmamışdı – 10:13.

“Neftçi”dən öncə Azərbaycanın 3×3 basketbolu üzrə milli komandası da mübarizəni erkən dayandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right