Şahmat üzrə yeni dünya çempionu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Qazaxıstanın Astana şəhərində şahmat tacı uğrunda keçirilən mübarizəyə bu gün yekun vurulub. Rusiyalı Yan Nepomnyaşi və çinli Dinq Liren arasındakı duel Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb.
Dinq Liren şahmat üzrə 17-ci dünya çempionu kimi adını tarixə yazdırıb. O, dünya şahmat tacını qazanan ilk çinli olub.