Azərbaycan idmançısı Avropa rekordunu qırdı

Azərbaycanın para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova Gürcüstanın Tiflis şəhərində keçirilən dünya kubokunda gənclər arasında 76 kq nəticə göstərərək fərdi çəkidə  Avropa rekordunu qıraraq qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Leyla Kərimova umumi kateqoriyada isə 147 kq nəticə ilə yarışı 4 cu pillədə tamamlayıb.

Xatırladaq ki, Azərbaycan idmançılarından daha öncə Ceyhun Mahmudov 2 qızıl, Pərvin Məmmədov gümüş və bürünc, Zəhra Dadaşova isə qızıl və gümüş medala sahib çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right