Azərbaycan güləşçilərindən “Zəfər kuboku”nda daha 5 medal

Türkiyənin Antalya şəhərində yeniyetmələr (U-17) arasında “Zəfər Kuboku” davam edir.

Newsport.az-ın məlumatına görə, əənəvi yarışın 2-ci günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşində Ayxan Cavadov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.

Qadın güləşində isə Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) üçüncü yeri tutub.

Xatırladaq ki, ilk yarış günündə Azərbaycan güləşçiləri 6 medal qazanmışdılar.

Turnirə bu gün yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right