İsrailin Yerusəlim şəhərində keçirilən "Masters" turnirinin ikinci yarış gününün nəticələri bəlli olub.
Newsport.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi ardıcıl olaraq 1/8 finalda Moldova təmsilçisi Mixail Latisevə, 1/4 finalda yaponiyalı cüdoçu Sotaro Fucivaraya, yarımfinalda belçikalı idmançı Matias Kasseyə qalib gəlib.
Finalda onun rəqibi gürcüstanlı cüdoçu Tato Qriqalaşvili olub. Görüşün nəticəsində Səid Mollayi uduzaraq turnirin gümüş medalı ilə kifayətlənib.