İdmançılarımız Antalyadan medallarla qayıdır

3-7 dekabrda Türkiyənin Antalya şəhərində yerli Özəl İdmançılar İdman Federasiyasının xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında təşkil etdiyi atletika yarışında Azərbaycan seçmə komandasının üzvləri də iştirak ediblər. 

Newsport.az-ın məlumatına görə, ölkəmizin təmsilçilərindən Mehriban Tağıyeva 100 metr, İsmayıl Əlizadə 110 metr, Rza Bayramov 110 metr məsafəyə qaçışda 1-ci, Fərid Ociyev 110 metr məsafəyə qaçışda 2-ci yeri tutublar. Adıçəkilən idmançıların hamısı uzunluğa tullanma üzrə yarışa da qatılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki yarışlarda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right