Azərbaycan əsilli idmançı İran millisindən getdi

Əslən Cənubi Azərbaycandan olan İranın taekvondo yığmasının üzvü Əkrəm Xudabəndə ölkədə xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq milli komandadan ayrılıb.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O, paylaşımda İran yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

Əkrəm Xudabəndə İran qadın taekvondoçuları arasında ən yaxşılardan sayılır. O, Asiya Oyunlarının gümüş, Asiya çempionatının qızıl və gümüş medallarını qazanıb. 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olan Xudabəndə sonrakı iki belə yarışda gümüş medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right