Çağırış Kubokunda növbəti sınaq Yenilənir

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununu keçirəcək.

 

Newsport.az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalda Avstriyanın “UVC Qrats” kollektivi ilə qarşılaşacaq.

Hər iki oyununun Bakı Voleybol Mərkəzində keçiriləcək mərhələnin ilk matçında nominal ev sahibləri kimi avstriyalılar çıxış edəcəklər.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Çağırış Kuboku

1/16 final

8 noyabr

19:00. "Murov" (Azərbaycan) - "UVC Qrats" (Avstriya)

Qeyd edək ki, 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 (25:19, 25:18, 25:20) və 3:1 (23:25; 25:18; 25:20; 25:17).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right