Avropa çempionatı: Cüdoçularımız ilk gündə 3 medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatının ilk günündə cüdoçularımız 1 qızıl və 2 gümüş medal əldə edib.

Newsport.az-ın məlumatına görə, -60 kq. çəki dərəcəsində final görüşündə iki Azərbaycan cüdoçusu Kənan İsmayılov və Nazir Talıbov mübarizə aparıb. Nəticədə Nazir Talıbov qalib gələrək qızıl medal qazanıb. Kənan İsmayılov isə yarışı gümüş medalla başa vurub.

-48 kq. çəki dərəcəsinədə mübarizə aparan cüdoçumuz Könül Əliyeva gümüş medal əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right