DÇ: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu

Sabah İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürəcək.

Newsport.az-ın məlumatına görə, bu gün yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib.

Sabah Nihad, Ziya, Laçın və Sərxan mübarizəyə başlayacaq. Görüşlər Bakı vaxtı ilə 13:00-da start götürəcək.

55 kq
1/4 final
Nihad Quluzadə – Artyom Deleanu (Moldova)/Giorgi Toxadze (Gürcüstan)

60 kq
Təsnifat mərhələsi
Nihat Məmmədli – Oljas Sultan (Qazaxıstan)

63 kq
1/8 final
Ziya Babaşov – Endi Xuan Suç (İspaniya)

72 kq
Təsnifat mərhələsi
Qurban Qurbanov – Yanis Nifri (Fransa)

87 kq
1/8 final
Laçın Vəliyev – Andreas Vaelis (Estoniya)

130 kq
1/8 final
Sərxan Məmmədov – Damir Zuparov (Qazaxıstan)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right