Millimizin BƏƏ-yə yollanacaq heyəti açıqlandı

Azərbaycan cüdo millisinin 21-23 oktyabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün yekun heyəti bəlli olub.

Newsport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 13 cüdoçumuz iştirak edəcək ki, onlardan 11-i kişi, 2-si qadındır.

Yığmamızın heyəti aşağıdakı kimidi: Turan Bayramov, Balabəy Ağayev (hər ikisi 60 kq), Tofiq Məmmədov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Camal Qamzatxanov (+100 kq).

Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq).

Xatırladaq ki, Abu-Dabidəki turnirdə 67 ölkədən 457 cüdoçunun iştirak edəcəyi ehtimal edilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right