Azərbaycanın şahmat üzrə kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində təşkil olunan Avropa kubokunda son oyunlarını keçirib.
Newsport.az-ın məlumatına görə, yeddinci turda “Vüqar Həşimov” Almaniyanın “Şahlub” kollektivi ilə üz-üzə gəlib və rəqibinə 2:4 hesabıyla uduzub. “Odlar Yurdu” isə Serbiyanın “Sirmium” komandasını məğlub edib 3:1.
Yekun nəticədə 10 xal toplayan “Vüqar Həşimov” 70 kollektiv arasında 10-cu, aktivində 8 xalı olan “Odlar Yurdu” 17 komanda arasında 6-cı yeri tutub.
Kişilərdə qalib Çexiyanın “Novi Bor”, qadınlarda birinci yerin sahibi Avstriyanın “Pamhagen” klubları olub.