Azərbaycan komandasından şahmat olimpiadasında bürünc medal

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

Newsport.az-ın məlumatına görə, Fərid Abbasovun kapitanı olduğu kollektiv yarışın sonuncu turunda “Türkiyə-Anadolu” klubunu 2,5:1,5 hesabıyla məğlub edib. Bununla da, xalını 13-ə çatdıran ölkənin əsas təmsilçisi 3-cü yeri tutub.

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

Bu gün Naxçıvan olimpiadasının bağlanış mərasimi keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right