Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Bakıda Azərbaycan və Polşa yığmaları arasında keçiriləcək futzal üzrə dünya çempionatının seçmə oyununun hakim təyinatları bəlli olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Aslan Qalayevə Talqat Kosmuxambetov və Turexam Tursumbayev köməklik göstərəcək. Hakim-inspektor isə almaniyalı Eichler Sven olacaq.

II turda səfərdə Yunanıstanla görüşü isə isveçli Ademir Avdiç idarə edəcək. Ona David Qlavonjiç və George Jansizian yardımçı olacaq. Sloveniyalı Vilvo Borosak hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right