Güləşçimiz üçün medal şansı

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş dünya çempionatı davam edir.

 

Newsport.az xəbər verir ki, 60 kq-da çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal görüşünə vəsiqə qazanıb. Təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edən Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.

 

Sabah Şəriəti (130 kq) ilk təsəlliverici görüşdə Alimxan Sidikovdan (Qazaxıstan) üstün olsa da, Yakobi Kajaya (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right