Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

"UFC-də çəkimi dəyişmək barədə düşünmürəm".

Newsport.az məlumatına görə, bunu UFC döyüşçüsü Nazim Sadıqov Bakı Dayaq Mərkəzində keçirilən mətbuat konfransında bildirib.

O yeni müqavilə bağladığı UFC turnirində də eyni çəki dərəcəsində döyüşəcəyini açıqlayıb: "Həmişə 70 kq-da döyüşə çıxıram. Bu çəkidə çox böyük rəqabət var. Həbib Nurməhəmmədov və Konor Makqreqor da bu çəki dərəcəsində döyüşüb. İstəyirəm ki, mən də eyni çəkidə UFC çempionu olum. Fikir verirəm ki, azərbaycanlı MMA döyüşçüləri – Nəriman Abbasov, Tofiq Musayev də 70 kq-da çıxış edir. Mən də bu çəkidə çıxış edib rəqabətdə olmaq istəyirəm. Ola bilər ki, Bakıdakı yeməklərdən sonra 3 kq artıq çəki kateqoriyasında vuruşmalı oldum (gülür)".

Sadıqov çox şey öyrəndiyi MMA idmançılarının da adlarını açıqlayıb: "Matt Hyuz, Matt Serradan çox şey öyrənmişəm. Serra indi də mənim məşqçimdir".

Qeyd edək ki, Nazim Sadıqovun UFC-də ilk döyüşünün dekabrda olacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right