Azərbaycan güləşçiləri üçün uğurlu start

Dünən Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi start götürüb.

Newsport.az-ın məlumatına görə, turnirdə Azərbaycanı 8 idmançı təmsil edib. İlk gün qrup mərhələsinin 1-ci turunun qarşılaşmaları baş tutub. 

Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam, Fərid Yunusov (hər ikisi 80 kq), İbrahim Yusubov, Fərid Cabbarov (hər ikisi 90 kq), Oyan Nəzəriani və Zəfər Əliyev (hər ikisi +90 kq) turnirə qələbə ilə başlayıb. Rübail İbrahimli (70 kq) ilk görüşünü (2:3) məğlub başa vurub.

​Bu gün qrup mərhələsinin qalan görüşləri, həmçinin yarımfinal və qarşılaşmaları baş tutacaq. Bununla da güləşin bu növündə hər çəki üzrə dünya çempionları müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right