İki güləşçimiz finalda U-20 dünya çempionatı

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Newsport.az-ın məlumatına görə, Zirəddin Bayramov (65 kq) və  Kənan Heybətov (70 kq) qızıl medal görüşlərinə çıxacaqlar.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.

Xatırladaq ki, Z.Bayramov 1/8 finalda   Məhəmməd Salah Hafizə (Misir), 1/4 finalda  Mikita Zubala (Ukrayna), yarımfinalda Sucet Sucetə (Hindistan), K.Heybətov 1/8 finalda  Raul Kasoya (İtaliya), 1/4 finalda  Benedikt Huberə (Avsrtiya) və yarımfinalda Mulaym Yadava (Hindistan) qalib gəliblər.

Qeyd edək ki, final görüşləri avqustun 16-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right