Millimiz Əfqanıstanı məğlub etdi

Avqustun 9-da Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında qadın həndbolçulardan ibarət Azərbaycan millisi “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması qrup mərhələsinin ikinci görüşündə Əfqanıstan millisi ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb – 20:04. Rəqib üzərində aşkar üstünlüyü oyunun ikinci hissəsində də davam etdirən komandamız 23:05 hesabı ilə qalib gəlib.

Ümumi hesabda 43:09 hesabı ilə üstün olan həndbolçularımız qrupda ikinci görüşdə parlaq qələbə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right