Qəzada ölən şəxsin Azərbaycan Velosiped Federasiyasının sabiq baş katibi olduğu müəyyənləşib

Avqustun 1-də Bakı - Quba - Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də avtomobil qəzasında dünyasını dəyişmiş Anna Qladçenkonun kimliyi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, A.Qladçenko əvvəllər Azərbaycan Velosiped Federasiyasının baş katibi və Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru olub. O, son olaraq Azərbaycan Velosiped Federasiyasının Hakimlər Kollegiyasının üzvü işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.

Qəza baş verərkən sükan arxasında olan onun əri Vitali Qladçenko da idman aləminə tanış simadır. O əvvəllər velosiped idmanı üzrə milli komandanın baş məşqçisi işləyib. Hazırda ROEİUGVİM-in məşqçi-müəllimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right