Nəriman Abbasov: "UFC-ya çempion olmağa gedirik"

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, yüngül çəkidə AMC “Fight Nights Global” çempionu olan idmançımız UFC ilə rəsmi müqavilə imzalayıb. Anlaşmada Abbasovun 5 döyüş keçirməsi nəzərdə tutulub. 

28 yaşlı döyüşçünün dünyanın ən nüfuzlu MMA təşkilatının bayrağı altında çıxış etməsi ilə bağlı mətbuat konfransı təşkil olunub. “Gənclik Mall”da baş tutan tədbirdə Nərimanla yanaşı, məşqçisi Şəhriyar Abbasov və meneceri Şiraslan Kərimov da iştirak edib.

Nəriman burada titul qazanmaq iddiasında olduğunu açıqlayıb: “UFC ilə müqavilə imzalayan ilk azərbaycanlı kimi çox sevinirəm. Necə çempion olmuşuqsa, ora da çempion olmağa gedirik”.

Artıq idmançımızın ilk rəqibi və döyüşün vaxtı da dəqiqləşib. Abbasov sentyabrın 6-da ABŞ-ın Las-Veqas şəhərində braziliyalı İsmael Bonfimlə üz-üzə gələcək. Təmsilçimizin dekabrda daha bir qarşılaşmaya çıxması planlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right