Yığmamız rekorda imza atdı

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb.

Newsport.az-ın məlumatına görə, qitə birinciliyinə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında cəmi 6 güləşçiylə yollanan millimiz uğurlu çıxış edib. Belə ki, təmsilçilərimizdən 4-ü fəxri kürsüyə qalxıb.

Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu olmaqla bu növdə gənclər arasında qitə birinciliyində 7 illik qızıl medal həsrətinə son qoyublar. Eyni zamanda, Əsmər Canqurtaranla (50 kq) Mərziyə Sadıqovanın (72 kq) bürünc medal əldə etməsi daha 2 nəticənin yaxşılaşdırılmasıyla əlamətdar olub.

Belə ki, gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorddur. Komanda hesabında yığmamız 92 xal toplayıb ki, bu da millimiz üçün rekord nəticədir. Beləliklə, qızlardan ibarət komandamız Romada cəmi 6 güləşçiylə təmsil olunmasına baxmayaraq, 2 rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan bu növdə komanda hesabında 5-ci yeri tutub. Ölkəmiz Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşadan (102) geri qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right